Peres yeni sponosrlar sayəsində Red Bull-da qala bilər

Peres yeni sponosrlar sayəsində Red Bull-da qala bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari251
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls87
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari512
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls112
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İspaniyanın Marca qəzeti öz mənbələrinə istinadən yazır ki, Serxio Peres 2025-ci ildə də Red Bull Racing üçün yarışacaq.

Meksikalının Formula 1 karyerasının bitmək üzrə olduğu və onun bu çempionatın sonuna qədər belə yarışa bilməyəcəyi ilə bağlı bütün fərziyyələr hələ ki, şayiələrdən başqa bir şey olmayıb və bunların heç biri təsdiqlənməyib.

“Məni həm Las-Veqasda, həm də gələn il görəcəksiz” deyən Serxio inamı komandanın rəhbəri Kristian Horner hələ bu barədə danışmasa belə, faktlara əsaslanırş Helmut Marko və hazırkı dünya çempionunun atası Yos Ferstappen açıq şəkildə Maks Ferstappenin başqa komanda yoldaşına ehtiyacı olduğuna işarə edirlər.

İspan qəzetinin yazdığına görə, 2025-ci ildə Peres daha güclü maliyyə dəstəyinə sahib olacaq – əvvəlki sponsorlara əlavə olaraq, onun yeni və çox ciddi sponsorları olacaq və iddiaya görə, Red Bull artıq ona bir layihə hazırlamaq üçün icazə verib. Bu cür müqavilələr həmişə əvvəlcədən bağlanır, çünki onlar komandanın marketinq şöbəsi tərəfindən təsdiqlənməlidir və təbii ki, Horner özü də şəxsən razılıq verməlidir.

Bu yeni sponsorun kim olduğu hələlik məlum deyil, lakin əvvəlki illərdə olduğu kimi, Peresi meksikalı milyarder Karlos Slimin biznes imperiyasının bir hissəsi olan Claro, Telcel və Infinitum kimi şirkətlər, həmçinin Interprotección beynəlxalq təşkilatı dəstəkləyəcək. Siyahı belə davam edir: Banorte, Kit-Kat, Jalisco, ESPN-in Latın Amerika bölməsi və hətta Uber. Bu sponsorların hamısı birbaşa sürücü ilə bağlıdır və onun komandadakı mövqeyi təhlükə altına düşsəydi, Red Bull Racing ilə işgüzar əməkdaşlıq proqramlarını ixtisar edərdilər.

Horner Red Bull Racing-də idman istiqamətinə, Marko isə sürücülərlə işləməyə cavabdehdir, lakin hər ikisi Red Bull rəhbərliyinə hesabat verirlər, burada nəzarət paketi Taylandın ən zəngin adamlarından biri olan Çalerm Yuvidyadadır.

Aydındır ki, Peresin məsələsində sırf biznes hesablamaları üstünlük təşkil edir: onun sponsorları, mütəxəssislərin fikrincə, bütün yarış xidmətlərinə görə komandaya təxminən 30 milyon dollar ödəyirlər. Formal olaraq, Serxionun Red Bull Racing ilə müqaviləsi yalnız gələn il başa çatır…

Bunları da oxuyun

Şərh əlavə et