Lakin yarış bitdikdən sonra ilk üçlüyə onların əvəzinə, təkərlərin mini-nüsxələri verilmişdi.
Məlum olub ki, Pirelli-nin kubokları mövcud dizaynerlərdən birinin oyuncaqlarına çox bənzədiyindən, məhkəmə çəkişmələrindən yayınmaq üçün digər plana baş vurmalı olub.
İtaliyanın Corriere della Sera qəzeti məsələ barədə yazır: “Kubokların dəyişdirilməsi barədə qərar yarışın sponsoru Pirelli tərəfindən Formula 1 ilə məsləhətləşmədən sonra qəbul edilib. Bu, mümkün məhkəmə çəkişmələrinin qarşısını almaq üçün edildi, çünki Heroo artıq bazarda olan Bearbrick dizayner oyuncaqlarına çox bənzəyir. Şikayətdən sonra Pirelli tez bir zamanda təşkilatçılarla razılığa gəldi və nəticələrin qarşısını almaq üçün “B planını” həyata keçirdi”.
Şərh əlavə et