Mark Zukerberq istənilən avtomobili ala bilir, lakin amerikalı media maqnat və internet-sahibkarı nisbətən kütləvi şəkildə istehsal edilən və ucuz sedana üstünlük verib: belə bir modelin qiyməti 95 000 dollardan başlayır. Müqayisə üçün qeyd edək ki, ABŞ bazarında yeni avtomobilin orta satış qiyməti 49 min dollara yaxındır. Təəssüf ki, Facebook sosial şəbəkəsinin yaradıcısı onun sərəncamında hansı Cadillac CT5-V Blackwing sedanının olduğunu dəqiqləşdirməyib.
General Motors konserninin supersedanlarını “mogikanların sonuncusu” hesab etmək olar: birincisi, Chevrolet Corvette modelindən kompressorlu 6,2-litrlik V8 (677 at qüvvəsi, 893 Nm) ilə birlikdə 6-pilləli mexaniki transmissiyanı sifariş etmək olar, ikincisi, ötürmə yalnız arxa oxadır! Bununla belə, amerikalı jurnalistlər artıq qeyd ediblər ki, Mark Zukerberq bir sıra mübahisəli qərarlardan sonra ictimaiyyəti razı salmağa çalışır, odur ki, “bərkgedən” benzin sedanı sevənlərin dəstəyini qazanmaq yaxşı fənddir.
Zukerberqin həmişə “sürücü” avtomobillərinə həvəsi olub və söhbət dəbdəbəli modellərdən getmir: 10 il əvvəl milyarder tez-tez Volkswagen Golf GTI hetçbekini sürərkən görünürüb. Bununla belə, insayderlər media maqnatın Pagani Huayra sifariş etdiyini bildirsələr də, paparazzilər italyan superkarını idarə edən iş adamını yaxalaya bilməyiblər.
(c) Autograph.az
Şərh əlavə et