Kokpit.az xatırladır ki, o, keçən il Niderland Qran Prisində Daniel Rikkardonu əvəz etmiş və 40 nömrəni seçmişdi. O, beş yarış bu nömrə altında çıxış etmişdi. Amma reqlamentə görə əvəzləyici kimi gələn sürücülər sonradan nömrələrini dəyişə bilərlər. Liam Louson da bundan istifadə edib.
Beləliklə, yeni zellandiyalı sürücü bu il 30 nömrə altında çıxış etməyə qərar verib. 30 nömrəni son dəfə Renault komandası ilə çıxış etmiş Colyon Palmer istifadə edib. Ancaq britaniyalı sürücü Formula 1-dən 2017-ci ildə gedib. Buna görə də Lousonun 30 nömrəni götürməsində heç bir problem yaranmayacaq.
Onu da qeyd edək ki, Lousonun daha əvvəl çıxış etdiyi 40 nömrədən bu il RB komandası ilə sərbəst yürüşlərdə iştirak etmiş Ayumu İvasa da istifdə edib.
Şərh əlavə et