Nissan Versa yenilənib

Rauf Hacıyev 28 Sentyabr 2024, 14:05
Nissan Versa yenilənib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Nissan şirkəti Versa modelini yeniləyib. Bu sedan istənilən halda ABŞ-ın ən ucuz avtomobili adını qoruyub saxlayıb. Amerika bazarında büdcə avtomobilləri seqmenti sürətlə kiçilir - Kia Rio və Chevrolet Spark modellərinin istehsalı dayandırılıb, Mitsubishi Mirage isə, son model ilini yaşayır. Bununla belə, bir model hələ də satılır və hətta yenilənir, o da Nissan Versa sedanıdır.

Versa (bəzi ölkələrdə Almera adı ilə satılır) 2022-ci ildə əsaslı modernizasiyaya məruz qalıb, sonra 2023-cü ildə və indi – 2024-cü ildə yenilənib. Nissan America bölməsinin rəsmi press-relizinə görə, 2025-ci model ilinin sedanının qiyməti 17,190 dollardan başlayır ki, bu da ABŞ bazarında hər hansı yeni avtomobilin üçün təklif olunan ən aşağı pərakəndə satış qiymətidir.

Nissan həmçinin ölkədə cəmi üç modelin 22 000 dollardan aşağı qiymətə satılıdığını və Versa sedanının yerli model xəttində qiyməti 30 000 dollara qədər olan altı modeldən biri olduğunu qeyd edib.

2025-ci model ilinin Versa modeli LED faralar (S və SV təchizat səviyyələri), 360 dərəcəlik kameralar, piyadaları aşkarlayan avtomatik təcili əyləcləmə sistemi, zolaqdan çıxma xəbərdarlığı sistemi və uzaq işıqların yaxına avtomatik keçməni təmin edən sistemi ilə təklif olunur.

Sedanda həmçinin kor nöqtələrə nəzarət sistemi, eləcə də arxadakı çarpaz toqquşma təhlükəsi barədə xəbərdarlıq sistemi var. Top SR versiyasında ağıllı kruiz-kontrol da  mövcuddur. Komfort opsiyalarına yeddi düymlük sensor ekranı olan multimedia sistemi daxildir (SR versiyasında ekranın diaqonalı səkkiz düymədək artırılır). Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəklənməsi də peyda olub.

Nissan Versa modeli ABŞ spesifikasiyasında 122 at qüvvəsi hasil edən 1,6-litrlik dördsilindrli mühərriklə təchiz edilir. Transmissiyalar – beş pilləli mexaniki (bazada) ötürmələr qutusu və variatordur. Çatdırılmanın dəyəri nəzərə almadan 2025-ci ilin Nissan Versa modelinin qiyməti 17 190 dollardan başlayır, bütün opsiyalara malik olan ən bahalı versiya isə 21 190 dollara başa gələcək.

(c) Autograph.az 

Bunları da oxuyun

Şərh əlavə et