Tam ötürməli BMW 123 xDrive versiyası da çeşidə əlavə edilib. O, 48 voltluq üstqurumu olan 2,0-litrlik benzin turbomühərriki (218 at qüvvəsi və 360 Nm) və robotlaşdırılmış transmissiya ilə təchiz edilir. Belə hetçbek 100 km/saat həddini 6,3 saniyəyə toplayır.
Nəhayət, ən maraqlı yenilik “bərkgedən” BMW M135 xDrive modeli üçün nəzərdə tutulmuş M Technology dəstidir. Bu dəst hetçbekin idarəetmə xüsusiyyətlərini yaxşılaşdıracaq, lakin onu indi olduğundan daha sürətli etməyəcək.
Dəstə ön amortizatorların gücləndirilmiş ştokları, yüngülləşdirilmiş alüminium stabilizatorlar və gövdənin altındakı əlavə dayaqlar daxildir. Bonuslara M Compound əyləcləri, 19 düymlük M forged diskləri, inteqrasiya olunmuş başlıqları olan M Sport oturacaqlar və M High-gloss Shadowline xarici qara parlaq dekor daxildir.
M135 xDrive kapotunun altında heç bir dəyişiklik yoxdur. 2,0-litrlik B48 turbomühərriki 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir və “robot” ilə tandemdə çalışır.
Sələfi F40ilə müqayisədə 100 km/saata sürətlənmə vaxtı 4,7 saniyədən 4,9 saniyəyə qədər artıb. Maksimal sürət dəyişməyib – 250 km/saat. Almaniyada belə bir hetçbek üçün 56 200 avro istəyirlər, BMW 116 isə, 32 900 avroya başa gələcək.
(c) Autograph.az
Şərh əlavə et