Skoda Elroq-un təqdimat tarixi məlumdur

Rauf Hacıyev 26 Sentyabr 2024, 22:41
Skoda Elroq-un təqdimat tarixi məlumdur
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Yeni əlçatan Skoda krossoverinin debütünə bir həftədən az vaxt qalıb.

Bu barədə çex brendinin mətbuat xidməti yeni tizeri və Elroq modelinin eksteryerinin təfərrüatlarının açıqladığı videotizeri yayımlayaraq xəbər verib. Skoda yeni modelin təqdimat tarixini də açıqlayıb: debüt 2024-cü il oktyabrın 1-nə planlaşdırılıb və düz Praqanın mərkəzində baş tutacaq. İctimaiyyətə krossoveri ilk dəfə yaxından görməyə imkan verən media kub təqdim olunacaq.

Elroq modelinin buraxılacağı barədə məlumat ilk dəfə yayın ortalarında peyda olub. O zaman onun sırf elektrokar olacağı və Volkswagen tərəfindən hazırlanmış MEB platformasına əsaslanacağı bildirilmişdi. Bir və ya iki mühərrikli dörd güc qurğusu təklif ediləcək, mühərriklərin güc diapazonu isə, 170-dən 299 at qüvvəsi arasında olacaq. Elroq 50 baza versiyası 52 kilovat/saatlıq batareya və arxa oxa quraşdırılmış 170 at qüvvəli elektrik mühərriki ilə təchiz ediləcək.

Bir pillə yuxarıda, 60 indeksli versiya yerləşəcək – belə model 55 kilovat/saatlıq batareyaya və 204 at qüvvəli elektrik mühərrikinə malik olacaq. Nəhayət, top Elroq 85 və Elroq 85x versiyaları 82 kilovat/saatlıq batareyaya və müvafiq olaraq 286 və 299 at qüvvəli ikimühərrikli güc qurğularını alacaq. Yürüş ehtiyatı 560 kilometrdir, DC şarj cihazı ilə batareyanın 10 faizdən 80 faizə qədər doldurulmasına 28 dəqiqə tələb olunur. Skoda Elroq modelinin rəqabət üstünlükləri arasında artıq standart təchizata daxil edilmiş LED işıq texnikası və geniş çeşidli elektron köməkçilər var.

Autograph.az (c)

Bunları da oxuyun

Şərh əlavə et