Kokpit.az xatırladır ki, monakolu sürücü sıralanma turunda termo kisələrin yaxşı işləməməsinə görə problem yaşamış və atdığı sürətli dövrə silinmişdi. O, buna görə yarışa 9-cu yerdən başlamalı olmuşdu. Buna baxmayaraq, o yekunda 5-ci olub və son dövrələrdə Corc Rassellə 4-cü yer uğrunda mübarizə apara bilib.
Yarışdan sonra danışan Şarl Lekler bildirib ki, sıralanma turunda etdiyi səhv ona baha başa gəlib və əlavə edib ki, yarışın ilk hissəsi onlar üçün çətin keçib, amma pit-stoplardan sonra tempini tapıb: “Yarışın ilk 25 dövrəsi əsl kabus idi, çünki Fernando və Nikonun arxasında ilişib qalmışdım. Ümid edirdim ki, onlar pitə girərlər. Şənbə günü sıralanma turundakı səhvin cəzasını çəkdim. Sıralanma turundan sonra təkərlərin yaşı işləmədiyini demişdim. Əslində sürücü kimi işimi yaxşı görmədim. Yarışda da bunun cəzasını çəkdim.
Şərh əlavə et