Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: İnanılmaz qələbə idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Sinqapurda inanılmaz yarış keçirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Marina Bay trasında pouldan başladığı yarışı rahatlıqla qazanaraq, builki üçüncü qələbəsini əldə edib. O, yarış ərzində ikinci yerdəki Maks Ferstappenlə fərqi 30 saniyəyə qədər çıxarsa da, finiş xəttini keçəndə fərq 20 saniyə idi. Bununla da Lando çempionatın lideri Maksla xal fərqini 52-yə endirib.

Lando Norris pouldan başladığı Sinqapur yarışını qazandıqdan sonra fikirlərini bölüşüb: “Bu inanılmaz yarış idi. Divara bir az çox yaxınlaşdığım anlar oldu. Bu, yarışın ortasında baş verdi. Buna baxmayaraq yarışa yaxşı nəzarət etdim.

Maşın əla idi. Limitlərdə sürə bilirdim. Bütün yarış ərzində uçurduq və sadəcə sonlarda rahatlaya bildim. Yəni ki, gözəl yarış olsa da, çətin idi. Bir az nəfəsim kəsildi, lakin əyləncəli idi”.

Lando Norris iki dəfə bariyerlərə çox yaxınlaşdı və azarkeşlərini qorxutdu. Gənc sürücü o anları belə dəyərləndirib: “Bu, çox limitdə sürmək demək deyil. Bəzən çox rahatlanırsınız və belə hallar bundan əmələ gəlir. Bəlkə də ikisinin qarışığı idi. Nə olduğunu bilmirəm.

Bura çətin trasdır. Çox çətindir və təkərləri bloklamaq çox asandır. Yenə də limitlərdə sürdüm. Bir saniyəlik fərqə razı olmadım. Mümkün qədər çox fərq açmaq istədim”.

Rauf Hacıyev

Şərh əlavə et