Ş.Lekleri geri salan Ferrari olub

Ş.Lekleri geri salan Ferrari olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunun son sessiyasında təkər qızdırma ilə bağlı problemlər yaşayıblar və bugünkü yarışda əsas hədəfləri podiumda olmaqdır. 

Kokpit.az xatırladır ki, cümə günündən sonra Ferrari poul üçün ən ideal namizədlərdən biri sayılırdı, amma elə olmayıb. Sıralanma turunun son sessiyasında təkər qızdıran kisələr düzgün işləməyib və buna görə də Şarl çətin anlar yaşayıb. Üstəlik  tras limitlərini aşdığı üçün monakolu sürücünün dövrəvi nəticəsi silinib və o, 9-cu yerlə razılaşmalı olub. 

Şarl Lekler sıralanma turundan sonra çox məyus olduğunu deyib: “Həftəsonu ərzində heç yaşamadığımız problemlə üzləşdik. Ön təkərin qızdırıcıları düzgün işləmədi. Pitdən çıxanda ön təkərlər çox soyuq idi və temperaturu artırmaq üçün bir az limitlərdə sürməli oldum. Belə halla qarşılaşmamışdıq”.

Şarl Leklerdən yarış barədə proqnozları soruşulub: “6 ya da 5. Əgər möcüzə olsa, üçüncü yeri tutarıq”.

Qeyd edək ki, sıralanma turunun son sessiyasında qəza edən Karlos Sayns yarışa Şarl Leklerin yanından – 10-cu yerdən başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et