Kokpit.az xartırladır ki, Azərbaycandakı çətin həftəsonundan sonra yeddiqat Dünya Çempionu Sinqapura da ideal başlanğıc edə bilməyib. O birinci sərbəst yürüşlərdə 12-ci, ikinci sərbəst yürüşlərdə isə 13-cü yeri tuta bilib. Britaniyalı sürücü MArina Bay trasındakı yavaş döngələrdə bolidin sürətlənməsindən şikayətlənib.
Lyuis Həmilton ikinci sərbəst yürüşlərdən sonra bildiirb ki, maşında çoxlu dəyişikliklər etsələr də, heç biri yaxşı işləməyib: “Çox çətin bir gün oldu. Sazlanma cəhətdən hər şeyi sınadıq və heç biri işə yaramadı.
Doğrudan da əlimizdən gələni edirik və sonra görürük ki, bir saniyə geridə qalırıq. Hazırda tamamilə itmiş vəziyyətdəyik”.
Birinci və ikinci sessiya arasında Mercedes boliddə bəzi dəyişikliklər edib. Lyuis Həmilton bildirib ki, bu dəyişikliklər də onlara heç kömək etməyib: “Heç bir şey dəyişmədi. Çox şey sınadıq və davamlı eyni şeyləri əldə etdik. Belə görünür ki, sıralanma turunda üçüncü sessiyaya qala bilməyəcəyik”.
Şərh əlavə et