RB Sinqapur üçün xüsusi rəng çaları təqdim edib

RB Sinqapur üçün xüsusi rəng çaları təqdim edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

RB komandası Sinqapurda geyim tərəfdaşı Hugo tərəfindən hazırlanmış xüsusi rəng çaları ilə yarışacaq.

Kokpit.az bildirir ki, RB komandası gecə keçiriləcək Sinqapur Qran Prisində sponsoru və geyim tərəfdaşı Hugo tərəfindən xüsusi olaraq hazırlanan denim efektli dizaynla yarışacaq.

Bolidin burun hissəsi və saydpodlar açıq mavi, daşlanmış denim örtüyü ilə diqqəti cəlb edir və bu dizaynd cırıqlar, yeyilmiş kənar xırdalıqları da var. Tünd mavi denim örtük qanadların uclarında və ümumilikdə ağ xəttin olduğu yerlərdə istifadə edilib və yanlarda da davam edir. İki rəngi bir-biri ilə əlaqələndirmək üçün dizayna tikiş effekti də verilib. Kokpit, halo və motor qapağının ətrafında gümüşü mavi və gümüşü rənglər isə olduğu kimi qalıb.

Komandanın loqotipi isə bolidin burnuna və arxa qanadın uc hissəsinə yerləşdirilən dəri effektli bir yamaq üzərindədir. Motor qapağında isə fermuar detalına yer verilib və bu da 1999-cu ilin BAR komandasının dizaynını xatırladır.

Denim motivinə RB-nin boksdakı mebellərinə də  yer veriləcək və həm Daniel Rikkiardo, gəm də Yuki Tsunoda həftəsonu ərzində xüsusi kombinezonlarla yarışacaqlar.

RB komandasının sürücüsü bu dizayn barədə fikirlərini bölüşüb: “Uzun illərdir ki, geyim brendləri Formula 1 komandaları və sürücüləri ilə geyim mövzusunda tərəfdaşlıq edirlər, ancaq heç biri bu səviyyədə idmana qatqı verməmişdi. Biz burada meyarları yüksəldirik və yeni bir yol açırıq.
Burada doğrudan da meyarı yüksəldirik və brendlərin kəşf edə biləcəyi çox şeyin olduğunu göstərərək, önümüzü açırıq. Məncə, qətiliklə bu geyim brendlərinin gözlərini açacağıq və modadan ilham alan daha çox şeyin olduğunu görəcəyik”.
Yuki Tsunoda isə bu sözləri əlavə edib: “Dəb mənim sevdiyim şeylərdən biridir. Buna görə də komanda formamızın və gündəlik Hugo geyimlərimizdən başqa belə layihələri görmək çox gözəldir. Özü də bunu daha əvvəl heç kim etməyib”.

Qeyd edək ki, Hugo böyük dəb brendi Hugo Boss-un yarısını təşkil edir və ilin əvvəlində komandanın adı dəyişəndən sonra RB komandasına ortaq olaraq qatılıb. Hətta bəzi iddialara görə alman geyim brendi komandanın titul sponsoru olmaq istəyirdi. Ancaq bunun əvəzinə Hugo komandanın geyim və kombinezon təminatçısı olaraq daha kiçik rol tutmaq qərarına gəlib. Hugo-nun qardaşı firması olan Boss isə Aston Martin komandasında sponsordur.

Qeyd edək ki, Hugo boss daha əvvəl McLaren və Mercedes komandaları ilə də tərəfdaş olmuşdu.

Bunları da oxuyun

Şərh əlavə et