Bottasın taleyi yaxın həftələrdə bilinəcək

Bottasın taleyi yaxın həftələrdə bilinəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakıda keçiriləcək yarış həftəsonu başlamazdan əvvəl Valtteri Bottas 99% ehtimalla növbəti mövsümdə Sauber-də qalacağını bildirib.

Kokpit.az xəbər verir ki, bununla belə, cümə günü FIA-nın mətbuat konfransında komanda nümayəndəsi Alessandro Alunni Bravi, Hinvilin namizədləri öyrənməyə davam etdiyini və yaxın həftələrdə qərar veriləcəyini söyləyib.

Alessandro Alunni Bravi: “Biz qısa, orta və uzunmüddətli və bəlkə də gənc istedadlar arasında ən yaxşı balansı müəyyən etmək üçün bütün mövcud variantları qiymətləndiririk. Hər iki tərəfdən potensial namizədlər var.

Valtteri güclü sürücüdür və biz onu çox yaxşı tanıyırıq. O, artıq üç ildir komandadadır və siyahımızda birincilərdən biridir, lakin başqa variantlar da var. Biz müsbət və mənfi cəhətləri nəzərə alırıq. Mattia Binotto təkcə 2025-ci ili deyil, həm də Audi layihəsinin orta müddətli strategiyasını nəzərə alaraq qərar verəcək.

Biz özümüzə bunun üçün son tarixlər qoymuruq. Fürsətçi deyilik, amma indi yalnız bir yer olduğuna görə prossesi tələsdirmək istəmirik. Hər şeyi, hər tərəfi dəyərləndirib düzgün qərar vermək lazımdır. Tələsən yerimiz yoxdur, amma biz bu məsələni tez bir zamanda bağlamaq istəyirik. Hər şey yaxın həftələrdə həll olunacaq”.

Bunları da oxuyun

Şərh əlavə et