Volvo “qlobal” S60 sedanından imtina edərək, diqqətini elektrik xəttinin flaqmanı – EX90 krossoveri üzərində cəmləmək qərarına gəlib. Lakin Volvo V60 universalının istehsalı dayandırlmayacaq: hələlik onun təqaüdə çıxma təhlükəsi yoxdur. Bununla belə, S60 sedanı daxili və Avstraliya bazarları üçün Çində istehsal olunmağa davam edəcək.
Volvo S60 modelinin ABŞ-dakı satışları 2024-cü ilin may ayının sonunda demək olar ki, dörd dəfə artıb. Bununla belə, mütləq ifadədə sedanın tirajı heç zaman o qədər böyük olmayıb. Hətta ən uğurlu illərində belə isveç markası 20 mindən çox sedan satmayıb, halbuki BMW 3 Series və Mercedes-Benz C-Class sedanları isə, 1,5 – 2 dəfə daha çox alıcı tapıblar.
Volvo şirkəti S60 modelinin təqaüdə göndərilməsinin EX90 elektrik krossoverinin istehsalına başlanması ilə bağlı olduğunu gizlətmir. Bu model daha marjinal və çoxsaylı olmalıdır. Qiymət də öz sözünü deyir: EX90 modelinin baza versiyasının qiyməti 78 min dollardan başlayır, S60 modelini isə, 43,6 min dollara almaq olar.
Hələlik Volvo S60 modelinin varisi haqqında söhbət getmir – bir sözlə, modelin 24 illik tarixi bitmək üzrədir. Bu isə, ismeç markasının çeşidində yalnız bir sedanın – S90 biznes sedanının qalacağı deməkdir. Qeyd etmək gərəkdir ki, Volvo brendinin həm ABŞ-dakı, həm də dünyadakı bestsellerləri krossoverlərdir. Məsələn, Şimali Amerikada ən çox pul gətirən həmişəcavan XC90 modelidir (2023-cü ilin nəticələrinə görə – 40 min).
(c) Autograph.az
Şərh əlavə et