Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Bakı həmişə həyəcanlı tras olub

Montsadan ikili podium ilə ayrılan McLaren komandası gözünü Azərbaycan Qran Prisinə çevirib. 

Kokpit.az xatırladır ki, McLaren hazırda ən sürətli komanda təsiri bağışlayır. Onlar Montsada qələbəni səhv strategiya ilə əldən versələr də, ikinci və üçüncü yerləri tutaraq, ikili podium əldə ediblər. 

Komandanın rəhbəri Andrea Stella bildirib ki, Bakı Şəhər Halqası hər il həyəcanverici yarışlara ev sahibliyi edir və komandası bu meydan oxumaya hazırdır.

Andrea Stella: “Montsadan iki kubok ilə ayrıldıq. İndi isə Azərbaycan Qran Prisinə fokuslanmışıq. Bakı həmişə azarkeşlər üçün həyəcanverici yarış olub. Komandalar üçün də maraqlı meydan oxuma təqdim edir.

Rəqabətə davamlı bolidimiz və hər yarış xal qazanan iki sürücümüz var. Mövsümün sin üçdə birini həyəcanla gözləyirik”.

Qeyd edək ki, McLaren komandasının Azərbaycan Qran Prisində hələ də qələbəsi yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et