Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Maksa yaxın olmaq sevindirmir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, bolidin balanssız olması onların performansına çox pis təsir edir. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü İtaliya yarışına 8-ci yerdən başlayıb. O, yarışın gedişatında Corc Rasselli geridə qoyub 7-ci yerə yüksəlsə də, son pit-stoplardan sonra britaniyalı pilotun hücumlarına tab gətirə bilməyib və yarışı başladığı 8-ci yerdə bitirib.

Yarışdan sonra müsahibə verən Serxio Peres yaşadığı çətinliklərdən və bolidin performansında danışıb. 34 yaşlı pilot bildirib ki, Red Bull bu problemləri həll etməlidir və növbəti bir neçə yarış onlar üçün çox vacib olacaq: “Hard təkərdə pis deyildik, amma Medium təkərlərlə çox çətin idi. Yarışda balanla baölı ciddi problemlər yaşadıq.

Corcu arxamızda saxlamaq üçün strategiyanı bir az dəyişsək də, alınmadı. Hazırda əsas problem balansdır. Bolidin sürətini tənzimləmək lazımdır. Əsas problem odur ki, bolidlə döngəyə istədiyimzi kimi girə bilmirik, çünki arxa tərəf çox balanssızdır. Bunun üzərində işləməliyik.

Montsada həftəsonu heç də yaxşı başlamadı. Maksa yaxın olmaqdan çox da böyük razılıq eləmirəm. Aradakı fərqin böyük olmasını və Maksın qazanmasını çox istəyərdim, çünki bu, komanda üçün daha yaxşı olardı. Bu problemi həll etmək üçün görüləsi çox işimiz var və ümid edirəm ki, növbəti yarışlarda daha güclü olarıq”.

Rauf Hacıyev

Şərh əlavə et