Kokpit.az xatırladır ki, Şarl Lekler İtaliya yarışında möhtəşəm performans göstərərək, Ferrari-yə öz ölkəsində qələbə qazandırıb. Yarış ərzində McLaren daha sürətli görünsə də, bu dəfə sürət yox, strategiya qalib gəlib. “Qırmızılar” tək pit-stoplu strategiya seçərək, yarışda damalı bayrağı hamıdan öndə görüblər.
Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onlar yarış tempində və təkər yeyilməsində güclü inkişaf ediblər: “Komanda üçün möhtəşəm nəticədir.
Bu hamımız üçün, xüsusən də həftəsonu bizi dəstəkləməyə gələn tiffozilər üçün əsl inam qazanma yarışı oldu. Şarl inanılmaz formada əla sürdü və bu qələbəyə sonuna qədər layiq olduğumuzu düşünürəm. Təkər yeyilməsində isə keçən il çox problem yaşayırdıq, amma indi bu bizim ən böyük üstünlüklərimizdən biri oldu”.
Şərh əlavə et