Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Maşın tam dəyişdirilməlidir

Son yarışlarda böyük temp itkisinə məruz qalan Red Bull sürücüləri sıralanma turunda olduğu kimi, yarışda da zirvədən çox uzaq qalıblar.

Kokpit.az xəbər verir ki, Ferstappen yeddinci başladığı yarışda sadəcə 1 pillə dırmana bilib və yekunda altıncı yeri tutub.

Maks Ferstappen: “Yarışda bu vəziyyətdə mümkün olan ən yaxşı nəticəni əldə etdik, lakin bu, maksimumdan çox uzaq idi. Yarış zamanı bolidin sürəti çatmırdı, biz ancaq özümüzlə mübarizə aparırdıq və uğursuz pit-stop da vəziyyəti daha da çətinləşdirdi. Strategiya optimaldan uzaq idi, bəzi sürücülər bir pit-stopla getdilər, biz isə ikisini seçdik ki, bu da ən yaxşı variant deyildi.

Mühərrikdəki problemlərə görə maşını yarışın çox hissəsində məhdud güclə idarə edilməli oldum. Ümumilikdə pis yarış oldu. Motorda problem olmasa idi, daha rəqbətçil ola bilərdik. Maşında dəyişikliklər etməsək, mövsümün sonuna doğru hər şey daha da pis olacaq. Qarşıda bizi çox iş gözləyir”.

Elçin Zodorov

Şərh əlavə et