O.Piastri: Səhvdə rolum oldu

O.Piastri: Səhvdə rolum oldu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren sürücülərinin yarışa ilk cərgədən başlaması və maşının tempi onların hətta qələbə dublu əldə edəcəyini göstərirdi, lakin belə olmayıb.

Kokpit.az xatırladır ki, yarışı fərqli strategiya ilə keçirən Şarl Lekler finiş xəttini onların hər ikisindən öndə keçərək qalib gəlib. Piastri isə yarışı elə başladığı ikinci yerdə tamamlayıb.

Oskar Piastri: “Mən yalan danışmaram və bunun çox ağrılı nəticə olduğunu söyləməyəcəyəm. Bu gün çox şey etdim, amma yarışdan əvvəl strategiya ilə bağlı çoxlu sualımız var idi. Təkərlərin vəziyyətini nəzərə alsaq, bir pit-stop strategiyasına sadiq qalmaq çox riskli idi, amma sonda bunun düzgün addım olduğunu gördük.

Yarış zamanı qoruya bildiyim tempdən çox razıyam. Və belə bir şeydən sonra ikinci yerdə bitirəndə kədər hiss edirsən. İndi başa düşürük ki, bir pit-stop strategiyasını sınamağa dəyərdi. Hamımız sonradan mütəxəssis oluruq, amma bu gün təəssüf ki, bir az səhvə yol verdik və bunda mənim böyük rolum oldu.

Əvvəldən elə bir vəziyyətdə idik ki, hər şeyi itirə bilərdik. Şarl geridə qaldı və alternativ strategiyanı sınamağa gücü çatırdı. O, artıq üçüncü yeri tutmağı planlaşdırırdı və bu gün düzgün seçim etdi. Medium təkərləri tez köhnəlirdi və hətta Red Bull-dakı Hard tərkiblər əvvəldən olduqca pis görünürdü. Mənim ön sol təkərim çox yeyilmişdi. Biz belə olacağınıı gözləmirdik, amma oldu”.

Bunları da oxuyun

Şərh əlavə et