Antonellinin sürəti hamını təəccübləndirib

Antonellinin sürəti hamını təəccübləndirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kimi Antonelli Montsada birinci sərbəst yürüşlərdə Mercedes ilə qəza edərək, sessiyanı vaxtından əvvəl bağlasa da, italyan sürücünün qısa performansı komanda rəhbərlərini həyəcanlandırıb.

Kokpit.az xatırladır ki, Kimi Antonelli Montsadakı birinci sərbəst yürüşlərdə Corc Rasselli əvəz etmişdi. Lakin o, Parabolikada bolidin idarəetməsini itirirərək, bariyerlərə çıxpılmış və 45G-lik qüvvətə məruz qalmışdı.

İtalyan sürücünün belə böyük qəzası Mercedes üçün yaxşı xəbər deyil, ancaq onun qısa müddətli çıxışı potensialını gün üzünə çıxarıb. Əslində Kiminin qısa çıxışını təhlil edəndə və Montsa trasında son döngədəki idarəetməni itirməsini anlamağa çalışanda, onun həm təbii sürəti, həm də təcrübəsizliyi aşkar formada görünüb.

Mühəndislər sessiyadan sonra bərk əzilmiş W15-ə görə narahat olmayıblar. Onlar və komandanın baş idarəçiləri qəzadan əvvəl gördüklərindən böyük cəsarət alıblar. Komanda qəzanı təhlil edərkən görüblər ki, bolid və təkərlər Kimi Antonellinin sürətini götürə bilməyiblər.

Mercedes komandasının rəhbəri Toto Volff da qəzadan sonra bunları deyib: “Antonellinin sürətinə bolid cavab verə bilmədi”.
Volff Antonellinin sessiyadakı ikinci sürətli dövrəsindən danışır. Antonelli sessiyanın əvvəlində 1.23.955 zaman nəticəsi ataraq, qısa müddət də olsa, protokollara başçılıq etmişdi. İkinci sürətli dövrəsində isə birinci sektorda özünün, ikinci sektorda isə ümumilikdə ən yaxşı nəticəni əldə etmişdi və növbəti sürətli dövrə gəlməli idi. Lakin Parabolikadakı qəza buna imkan vermədi.
Telemetriya məlumatlarına daha yaxından baxdığımızda, Mercedes-in əlindəki mükəmməl xırdalıqlar nəzərə çarpır. Bu məlumatlar göstərir ki, Antonelli bütün sürücülərdən sürətli olub və hər şey birdən necə tərsinə dönüb.
Antonellinin ikinci sürətli dövrəsində Lesmo 2-də qeyri-adi anlar yaşanıb. Oradakı minimum sürəti 184 km/saat idi. Bu da Maks Ferstappenin ən sürətli dövrəsini vurduğu zamandan 7 km/saat daha sürətli olub.
Askari döngəsində isə vəziyyət daha təsiredici olub. Antonelli buradan 190 km/saat ilə keçib. Maks Ferstappen isə ən sürətli dövrəsində  176 km/saat sürətlə gedib. Öndəki digər sürücülər də sessiyanın sonunda atdıqları sürətli dövrələrində Antonellidən bənzər formada geridə qalıblar. Lyuis Həmiltonda minimum sürət 177 km/saat, Şarl Leklerdə 178 km/saat, Lando Norrisdə isə 179 km/saat olub.
Sessiyanın sonunda bütün sürücülərin sürəti müqayisə edildiyində görünüb ki, tras inkişaf etsə də, Antonellinin Lesmo 2 çıxışındakı və Askaridəki sürətini heç kim keçə bilməyib.
Lakin Antonellinin həm Lesmoda, həm də Askaridə limitləri aşması nəticəsiz qalmayıb. Bu da o deməkdir ki, o, Askaridən çıxarkən xüsusən də arxa təkərlər həddən artıq qızıb. Buna görə də Parabolikada dönərkən arxa tərəfdə ilişmə itib və bolidin idarəetməsi belə tez itib.
Toto Volff isə bunlar deyib: “Məncə, idarəetməni itirdi. Hamı istidən, xüsusən də Askaridə belə sürətlə gedərkən arxa tərəfin temperaturundan şikayətçi idi. Buna görə də arxa tərəf birdən fırlandı”.
Əlbəttə Antonellinin döngələri elə sürətli alması təkərlər barədə təcrübəsizliyini göstərə bilər. Çünki limitləri aşıb və təkərləri həddən çox qızdırıb. Digər təcrübəli sürücülər təkərləri normal temperaturda saxlamaq üçün sürətlərini nəzarətdə saxlamalı olduqlarını bilirdilər. Ancaq Antonelli cümə günü göstərdi ki, Formula 1 maşınlarında limitlərdə getmək üçün istedadlıdır.
Toto Volff: ‘Onun bir dövrə yarımdakı performansı hamımızı təəccübləndirdi”.
Antonellinin cümə günü mətbuat konfransı başı hərləndiyi üçün ləğv edilib, amma italyan sürücü Formula 2-dəki sıralanma turunda iştirak edib və poul qazanan Zeyn Melonidən 0.214 saniyə geridə qalaraq, altıncı olub. Bundan sonra gənc sürücü video yazı ilə günü şərh edib.
Kimi Antonelli: “Nə gözəl gün idi! Birinci sərbəst yürüşlər tamamlandı. Heyif ki, qəzaya görə çox tez bitdi. Çox böyük qəza idi. 52G qüvvətə məruz qaldım. Daha sonra işləməli olduqları üçün komandadan və Corcdan üzr istəyirəm.
Mənim səhvim idi. Belə tras şəraitinə görə çox limitlərdə sürdüm. Limitləri mərhələli formada qaldırmalı idim, amma bundan dərs aldım. Yenə də mənə bu fürsəti verdikləri üçün komanda təşəkkür edirəm. Bütün tiffozini orada görmək və trasda bütün sürücülərlə birlikdə dövrə vurmaq gözəl idi.
Hazırda özümü çox yaxşı hiss etmirəm. Dincəlməyə çalışacağam və həftəsonuna fokuslanacağam, çünki ömümüzdə bir neçə yarış var və yaxşı nəticələr qazanmağa çalışacağıq”.

 

 

Bunları da oxuyun

Şərh əlavə et