Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen həftəyə sürətlə başlayıb

İtaliya Qran Prisinin birinci sərbəst yürüşləri geridə qalıb. Sessiyanı Maks Ferstappen birinci yerdə bağlayıb. Onu Şarl Lekler və Lando Norris izləyiblər.

Kokpit.az  bildirir ki, Formula 1 üzrə 2024-cü il Dünya Çempionatının 16-cı mərhələsi olan İtaliya Qran Prisinin birinci sərbəst yürüşləri günəşli havada başlayıb. Sessiya başlayan kimi əlsər sürücülər trasa çıxıblar.

Növbəti mövsüm Mercedes ilə Formula 1-də denbüt etməyə hazırlaşan Kimi Antonelli 12 nömrə ilə Corc Rassellin əvəzinə trasa çıxıb və sürətli dövrə vurmağa başlayıb. Antonelli 1.23.955 zaman nəticəsi ilə zirvəyə oturub. Daha sonra həmilton 1.23.350 zaman nəticəsi ilə zirvəni komanda yoldaşından alıb.

Birinci sərbəst yürüşlərdə sürücülər bütün təkər dəstlərindən istifadə ediblər. Həmilton, Antonelli, Peres və Ferstappen Soft, Norris, Sayns, Lekler Medium, Tsunoda isə Hard təkərləri seçib.

Sərbəst yürüşlərin ilk 10 dəqiqəsi geridə qaldıqdan sonra Kimi Antonelli sürətli dövrəyə başlayıb və bənövşəyi sektorla gəlib. Gənc sürücü məhşur Parabolika döngəsində arxasını itirib və yerində fırlanaraq böyük qəza edib. Bariyerlərə çırpılan Antonellinin maşını zədələnib və qırmızı bayraqların çıxmasına səbəb olub.

Sessiyanın bitməsinə 37 dəqiqə qalmış Antonellini maşını trasdan çıxarılıb və bariyerlər yenidən bərpa edilib. Bundan sonra sürücülər yenidən trasa qayıdıblar.

Maks Ferstappen 1.23.088 zaman nəticəsi ilə liderliyi ələ keçirib. Daha sonra Aleks Elbon Medium təkərlərlə zirvəni Ferstappendən alıb. Tras getdikcə sürətlənib və Lyuis Həmilton 1.22.214 zaman nəticəsi ilə ən sürətli dövrəni vurub və liderliyə yüksəlib. Bundan qısa müddət sonra Valtteri Bottas 1.22.127 zaman nəticəsi ilə zirvəni köhnə komanda yoldaşından alıb.

Sessiyanın bitməsinə 25 dəqiqə qalmış Soft təkərlərlə dövrələr vurmuş sürücülər – Bottas, Həmilton və Elbon – ilk üçlüyü tutublar.

Şarl Lekler vurduğu dövrə ilə Valtteri Bottasdan sadəcə 0.012 saniyə geridə qalaraq, ikinci yerdə qərarlaşıb. Veləliklə üçlük dəyişib – Bottas, Lekler və Həmilton. Daha sonra Lekler nəticəsini yaxşılaşdırıb – 1.21.904 ilə zirvəyə yerləşib.

Birinci sərbəst yürüşlərin sonunda McLaren komandasının sürücüləri Soft təkərlərə keçərək, sürətli dövrələr vurublar. Norris Leklerdən 0.013 saniyə geri qalaraq, ikinci olub. Piastri isə 5-ci yerdə qalıb. Karlos Sayns isə komanda yoldaşından 0.222 saniyə geridə üçüncü olub.

Uzun müddət pitdə qalan Maks Ferstappen sona 10 dəqiqə qalmış trasa çıxıb və dövrələr vurmağa başlayıb. Niderlandlı pilot lider Lekleri 0.228 saniyə qabaqlayaraq 1.21.676 zaman nəticəsi göstərib və yenidən zirvəni ələ keçirib.

Sessiyanın bitməsinə 1 dəqiqə qalmış Williams komandasının debütant pilotu Franko Kolapinto çınqıllı zonaya girin və son anda bariyerlərə çırpılmaqdan qurtulub. O, daha sonra pitə qayıdıb.

Beləliklə Maks Ferstappen İtaliyada birinic sər bəst yürüşləri birinci tamamlayıb. Onu Lekler, Norris, Sayns, Bottas, Piastri, Həmilton, Elbon, Peres və Alonso izləyiblər.

 

Rauf Hacıyev

Şərh əlavə et