Kokpit.az xatırladır ki, Maks Ferstappen öz ölkəsindəki yarışda Lando Norrisin hücumlarına tab gətirə bilməyib, çünki aerodinamik konsept seçimləri yüksək asfaltayatma qüvvəsi olub. Buna görə də RB20-nin düzlük sürəti aşağı olub.
Red Bull komandası Montsada minimum asfaltayatma qüvvəsi istehsal edən arxa qanaddan istifadə edəcək. Bu, Spa yarışındakı qanadla demək olar eynidir. Ancaq bu versiyada hərəkətli qanadın üst hissəsində dəyişiklik edilib.
Yeni arxa qanadın hesabına Red Bull düzlüklərdə sürtünməni azaltmağa ümid edir.
Montsada Red Bull-un iki maşında fərqli sazlanmadan istifadə edərək, məlumat toplaması gözlənilir.
Şərh əlavə et