Kokpit.az xatırladır ki, Niderland Qran Prisində Maks Ferstappen ikinci yeri tutsa da, yarışın qalibi Lando Norrisdən 23 saniyə geridə qalıb. Serxio Peres isə yarışı 6-cı yerdə bitirib və qənaətbəxş nəticə qazanıb.
Buna baxmayaraq, Çeko Peres komandanın Zandfortdan çox şey öyrəndiyini düşünür: “Zandfortda templə bağlı problemlərimiz var idi, amma maşınla bağlı vacib dərslər çıxardıq. Bunları Montsada tətbiq etməyə çalışacağıq.
Niderland Qran Pisində iki fərqli sazlanmadan istifadə etdiyimiz üçün komandanın əlində seçim etmək üçün çoxlu məlumat var. McLaren irəliyə doğru qəti addım atıb. Buna görə də hər iki çempionatda da liderliyi qorumaq üçün çox işləməliyik.
Mənim üçün Zandfortdakı həftəsonu stabil keçdi, ancaq yenə də daha yaxşı nəticə qazana bilərdim. Həftəsonu ərzində balans problemləri yaşadıq, amma bunda havanında böyük rolu oldu. Montsada hava şəraiti daha yaxşı olmalıdır”.
Şərh əlavə et