Kokpit.az xatırladır ki, niderlandlı sürücü öz vətənindəki yarışda ikinci yeri tutsa da, yarışın qalib Lando Norrisdən 23 saniyə geridə qalıb. Ümumilikdə isə üçqat Dünya Çempionu artıq 5 yarışdır ki, qalib gələ bilmir.
Bu həftəsonu keçiriləcək İtaliya Qran Prisi həm Red Bull, həm də Maks üçün çox vacibdir.
Əfsanəvi Montsa yarışı barədə Maks Ferstappen bunları deyib: “Doğma publikamın önündə qazanmaq istədiyim üçün Zandfortdakı ikincilik məni çox məyus etdi.
Lakin Motsdakı yarışa hazırıq. Bu həftəsonu görüləcək çox işimiz var. Komanda düzgün sazlanmaları və balansı tapmaq üçün çox işləyir. Montsa sürətli trasdır və görək işlər bizim üçün necə gedəcək.
Trasda asfalt və kerblər də daxil olmaqla çox şey yenilənib. Buna görə də rəqabətədavamlı olmaq üçün görüləcək çox iş var.
İtalyan azarkeşlər çox ehtiraslıdır və həmişə əllərindən gələnin ən yaxşısını edirlər. Bundan başqa bizi həftəsonu gözəl hava gözləyir.
Köhnə tərz trasda yarışmaq gözəl olacaq. Görək bu həftəsonu bizim üçün nələr gətirəcək”.
Qeyd edək ki, Maks Ferstappen burada son iki ildə Montsa trasında gəlib.
Şərh əlavə et