Kokpit.az xatırladır ki, son iki yarışda podium qazanmış “qırmızılar”ın hazırda bir hədəfi var: Montsadakı ev yarışlarında qələbə qazanmaq. Buna görə də Ferrari bu həftəsonu İtaliya Qran Prisinə çoxlu yeniliklərlə gələrək öz ölkəsində yaxşı nəticələr qazanmaq istəyir.
Ferrari komandasının rəhbəri Frederik Vassyör növbəti İtaliya Qran Prisi barədə bunları deyib: “Zandfortdakı yarışdan sonra İtaliyaya yüksək əhval-ruhiyyə ilə gedirik. Bura çox cəhətdən bənzərsiz trasdır. Təqvimdə qalan yeganə super sürətli trasdır. Bundan başqa bu il yeni asfalta və yeni kerblərə uyğunlaşmalıyıq.
Montsa Ferrari üçün çox xüsusidir, çünki həftəsonu ərzində bizi on minlərlə tiffozi dəstəkləyəcək və bizdən gözəl nəticələr gözləyəcəklər.
Keçən il Ferrari ilə ilk İtaliya Qran Prisinə çıxmışdım və o vaxt Karlos poul qazanmışdı. O vaxt azarkeşlərin sevinclərini və podium vaxtı xoşbəxtliklərini heç vaxt unutmayacağam. Mənim, sürücülərin və Ferrari-dəki hamının əsas məqsədi tiffozini sevindirmək olacaq.
Bu yarış üçün ciddi formada hazırlaşırıq. SF-24-ə performans cəhətdən inkişafımızı təmin edəcək yeniliklər gətirəcəyik. Bütün azarkeşlərimizin dəstəyini güvənə bilərik. Bu yarışda bütün qəlbimizlə və ruhumuzla yarışacağıq”.
Şərh əlavə et