Kokpit.az xatırladır ki, Ferrari Zandfortda Şarl Leklerlə üçüncü yeri tutaraq, podium qazanıb.
Ferrari komandasınının rəhbəri Frederik Vassyör bildirib ki, onlar Zandforta heç də yaxşı əhvalla gəlməyiblər, amma buna baxmayaraq yaxşı nəticə qazanıblar: “Əla yarış idi. Zandfort həftəsonu üçün pozitiv deyildik, amma yarışda yaxşı fürsət, yaxşı strategiya və uğurlu pit-stopla, ən əsası da iki sürücümüzün təkərləri yaxşı istifadə etməsi ilə yaxşı nəticə əldə etdik.
Şarl Piastrini arxasında saxlaya bildi. Üstəlik Piastrinin təkərləri daha təzə idi. Biz daha tez pitə girmişdik.
Nəticədən razı olmalıyıq və bu addımı alqışlamalıyıq, ancaq unutmayaq ki, Norris bizdən çox öndə idi. Bizim əsas hədəfimiz üçüncülük yox, birincilik olmalıdır”.
Şərh əlavə et