Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Niderland yarışına 10-cu yerdən başlasa da, startda iki yer qazanıb. Daha sonra isə rəqiblərini geridə qoyaraq, finişə 5-ci yerdə çatıb.
Yarışdan sonra danışan Karlos Sayns bildirib ki, həftəsonuna çətin başlanğıc etsə də, çox pozitiv yarış keçiriblər. İspaniyalı sürücü əlavə edib ki, komanda yarışda güclü performans göstərib və buna görə də növbədəki Montsa yarışına böyük əhval-ruhiyyə ilə gedəcəklər: “Qətiliklə deyirəm ki, yarışın bu qədər yaxşı keçəcəyini düşünməmişdim. Məncə, bu yarış ilin qısa özəyi oldu. Bolidlərin nə etditini anlamaq çox çətindir.
Sıralanma turundan sonra pouldan 1 saniyə uzaqda olsaq, yarışı beşinci yerdə bitirdik. Gözləmədiyimiz formada çox yaxşı yarış keçdi. Yarış ərzində yaxşı ötmələr etdik və xüsusən də Hard təkərlərlə tempimiz çox yaxşı idi. Şarl da əla baza günü keçirdi və komandaya görə çox sevinirəm.
Montsaya qətiliklə yüksək əhval-ruhiyyədə gedəcəyik. Tiffozinin önündə yarışmaq üçün səbirsizlənirəm”.
Şərh əlavə et