Kokpit.az xatırladır ki, McLaren komandası Niderland Qran Prisinin sıralanma turunda Lando Norris ilə poul qazanıb. Britaniyalı sürücü sıralanma turunda ən yaxın rəqibi Maks Ferstappenə 0.3 saniyə fərq atıb.
Yarışda isə Lando Norris startda Maks Ferstappenin gerisinə düşsə də, sonrada liderliyini geri alıb və 23 saniyəlik fərqlə yarışı qazanıb.
McLaren komandasının rəhbəri Zek Braun Lando Norrisi qələbə münasibətilə təbrik edib və bildirib ki, komandasının Zandfortdakı performansından razı qalıb: “Bu doğrudan da gözəl idi. Lando mükəmməl sürdü və komanda əla işlədi. Bu, böyük qələbə idi və sonda ən sürətli dövrəni vurduq. Bu qələbəni qeyd edəcəyik və Montsa üçün hazırlaşacağıq.
Həftəsonu ərzində sürətli olduğumuzu bilirdik. Buna görə də fərqin böyüklüyü məni təəccübləndirmədi. Amma yenə də çox gözəl nəticədir. Lando isə yarışa daimi olaraq nəzarət edirdi.
Gətirdiyimiz yeniliklər qəti formada əla işlədilər, amma Formula 1-də komandaların hazırda necə yaxın olduqlarını nəzərə alsaq, hər həfəsonu eyni nnəticəni qazanmağı gözləməməliyik.
Maşınımız hazırda çox güclü performans göstərir və Montsa üçün bəzi əyləncəli şeylər hazırlayırıq. Buna görə də güman edirəm ki, o yarışa da yaxşı hazır olacağıq. Amma düşünürəm ki, Red Bull növbəti İtaliya yarışında daha sürətli olacaq”.
Şərh əlavə et