H.Marko: Çempionluq təhlükədədir

H.Marko: Çempionluq təhlükədədir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, artıq titul onlar üçün təhlükədədir. 

Kokpit.az xatırladır ki,  Red Bull komandası Niderland yarışından əvvəl McLaren-dən 42 xal, Maks Ferstappen isə Lando Norrisdən 78 xal öndə olub. Zandfortdakı yarışdan sonra isə komandalar arasındakı fərqq 30 xala, sürücülər arasındakı fərq isə 70 xala düşüb. 

Helmut Marko da fərqin belə sürətlə əriməsindən narahatdır və düşünür ki, Red Bull mütləq inkişaf etməlidir: “Bu nəticə məni narahat edir. Xüsusən də, Lando DRS olmadan son dövrə sürətli dövrə vurdu. Bunu nəzərə alsaq, Maksın dediyi kimi komanda daha çox işləməli və maşını inkişaf etdirməlidir. Əks halda çempionluq əldən gedə bilər.

Bolidi daha yaxşı anlamalıyıq. Beləliklə daha yaxşı balans tapa bilərik. Daha çox balans isə sürücü üçün inam, maşın üçün daha az təkər yeyilməsi gətirir. Lakin yeniliklər bizə hər tərəfdən kömək etməlidir.

Biz inanırdıq ki, startda önə çıxsaq, yarışı qazanardıq. Amma problem də budur. Təkər yeyilməmiz McLaren-ə nisbətən daha çox idi və əlimizdən heç nə gəlmirdi”.

Qeyd edək ki, Lando Norris Niderland yarışında Maks Ferstappenə 23 saniyəyə yaxın fərq ataraq yarışı qazanıb.

Bunları da oxuyun

Şərh əlavə et