Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İstədiyim bu deyildi

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, qazandığı nəticədən razı deyil. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Zandfortdakı yarışa 3-cü yerdən başlasa da, startda Corc Rassellin gerisinə düşüb. Piastri rəqiblərindən fərqli olaraq pitə hamıdan sonra gedib. Lakin yarışın geri qalanında da Şarl Leklerin arxasında ilişib qalıb və 4-cü yerə razı olub. 

Oskar Piastri yarışdan sonra narazılığını gizlətməyib və bunları deyib: “Çirkli havada qaldım. Yəmiz havada olanda tempim yaxşı idi. 72 dövrədən 65-ni kiminsə arxasında keçirdim.

Bolidin tempini nəzərə alsaq, bu çox məyusedici hal oldu. Buna görə də mənim bu həftəsonundan gözləntim bu deyildi. Əksər şeyləri mütləq nəzərdən keçirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et