Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Ötmə çətin olacaq

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Niderland yarışında Maks Ferstappenin ötmə etməsi demək olar ki, mümkünsüz olacaq.

Kokpit.az xatırladır ki, Maks Ferstappen Zadfort trası təqvimə ayıtdığı 2021-ci ildən bəri burada keçirilən bütün yarışları qazanıb. Niderlandlı sürücü bu il doğma publikası önündə ardıcıl 4-cü qələbəsini qazanmaq istəyir. Lakin üçqat Dünya Çempionunun işi bu il elə də asan olmayacaq, çünki o, sıralanma turunda Lando Norrisdən 0.3 saniyə geridə qalaraq, ikinci olub. 

Zandfort trası isə boldöngəli və dar trasdır. Buna görə də burada ötmələr etmək əksər hallarda çətin olur

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da boldirib ki, Zandfortda  ötmə etmək çox çətin olacaq: “Sərbəst yürüşlər bir az problemli keçdi. Lakin ondan sonra doğru yöndə getdiyimizi düşünürəm.

Yarışda təkər yeyilməsi böyük ehtimalla yarışa nisbətən daha yaxşı olacaq. Sıralanma turunda isə ən azında iki McLaren bolidinin arasına girə bildik. Bundan elə də razı olmasa da, yaxşı nəticədir.
Spa-da ötmə etmənin nə qədər çətin olduğunu hamımız gördük. Böyük ehtimalla burada elə olacaq. Ancaq biz Maksın nə qədər güclü olduğunu bilirik. Qətiliklə deyirəm ki, start çox maraqlı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et