S.Peres nikbin düşünür

S.Peres nikbin düşünür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, artıq boliddəki problemləri anlamağa başlayıblar.

Kokpit.az xatırladır ki, meksikalı sürücünün komandadan göndərilməsi ilə bağlı iddialar olsa da, Red Bull şirkəti Belçika yarışından sonra toplantı etmiş və Çekonu ən az mövsümün sonuna qədər komandada saxlamaq qərarı almışdılar. 

Komanda Peresə güvənib onu saxlamaq qərarına gəlib, amma hazırda McLaren komandası Mühəndislər Kubokunda  Red Bull-dan sadəcə 42 xal geridə qalır. Buna görə də Çekonun mövsümün son 10 yarışında göstərəcəyi performans çox vacib olacaq.
Serxio Peres Niderland Qran Prisinin sıralanma turundan sonra danışıb və bildirib ki, mövsümün ikinci yarısı onlar üçün çox yaxşı keçəcək: “Tətil bizim üçün çox yaxşı keçdi. Axır ki, yaşadığımız problemləri anlaya bildik. Həftəsonu da bunu təsdiqlədi.
McLaren doğrudan da çox güclüdür, amma nəyə qadir olduğumuzu yarışda görəcəyik. Bolidlə bağlı çox şey anladığımızı düşünürəm. Həftəsonunun ən çox ümid verən hadisəsi də budur. Artıq doğru yöndə gedirik və hər şeyə daha doğru formada yanaşırıq.
Bizim üçün hər şey çox ümidvericidir. Buna görə də mövsümün ikinci yarısının bizim üçün daha yaxşı keçəcəyinə inanıram”.
Qeyd edək ki, Serxio Peres Niderlanddakı sıralanma turunda beşinci yeri tutub.

Bunları da oxuyun

Şərh əlavə et