Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Elbon diskvalifikasiya olunub

FİA Aleksander Elbonu Niderland Qran Prisinin sıralanma turunda diskvalifikasiya edib. Səbəb isə onun maşınının texniki reqlamentə uymamasıdır. 

Kokpit.az xatırladır ki, sıralanma turundan sonra FİA Aleks Elbonun maşınını təhlil edib. Təhlillərdən sonra məlum olub ki, bolidin altlığı Formula 1-in Texniki Reqlamentinə uyğun deyil. 

Williams FW46-nın altlığı ölçüləndən sonra məlum olub ki, altlığın ölçüləri düz gəlmir. Yekunda Aleks Elbonun sıralanma turunda qazandığı 8-ci yer də əldən gedib. Komanda FİA-nın hesablarını qəbul edib, ancaq bildiriblər ki, öz hesabları fərqli nəticə verib.

Buna baxmayaraq FİA-nın stüardları bildiriblər ki, qapalı parkda aparılan ölçümlər rəsmi olaraq keçərli olur və buna görə standart cəza tətbiq ediləcək.
Bu qərardan sonra bütün maşınlar sıralanma turunda bir pillə yüksəliblər. Williams komandasının etiraz etməyə haqqı olacaq.

Rauf Hacıyev

Şərh əlavə et