Kokpit.az xəbər verir ki, sürücülər sessiyanın əvvəlində yağış təkərləri ilə trasa çıxıblar. Trasda gölməçələr olmadığından Piastri aralıq təkərlərə keçib. Digərləri isə daha optimal şəraiti gözləmək və təkərlərə qənaət etmək üçün bokslarda gözləyiblər.
Hülkenberq 11-ci dəqiqədə təkərləri bloklayıb və trasdan çıxaraq bu həftəsonu ikinci dəfə maşını zədələyib. Alonso çınqıllığa düşüb, bir qədər sonra isə Sarcentin qəza etməsi və maşının yanması qırmızı bayraqlara səbəb olub. Maşını sıralanma turuna çatdırmaq çətin olacaq. Loqan tibbi mərkəzə göndərilsə də, tezliklə oradan çıxıb.
Hadisədən 43 dəqiqə sonra – sessiyanın bitməsinə iki dəqiqə qalmış yaşıl işıqlar yanıb. Sürücülər heç olmasa bir sürətli dövrə vura biliblər. Ən yaxşı nəticə isə Pyer Qaslidən gəlib – 1:20.311.
Bizi çox maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et