Skoda Elroq-un interyeri göstərilib

Rauf Hacıyev 23 Avqust 2024, 13:28
Skoda Elroq-un interyeri göstərilib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Çexiya brendi özünün model çeşidində Enyaq modelindən bir pillə aşağıda yerləşəcək yeni yığcam krossoverə həsr olunmuş marketinq kampaniyasını davam etdirir. Bu dəfə Skoda yeniliyin interyeri haqqında məlumat verib, bəzi detalları açıqlayıb və iki dizayn eskizini nümayiş etdirib. Elroq modelinin interyeri ümumiyyətlə Enyaq krossoverinin tərtibatını təkrarlayır, lakin bəzi fərqli xüsusiyyətlərə malikdir.

Eskizlərdə multimedia sisteminin Elroq modelin standart təchizatına daxil olacaq 13-düymlük displeyini görmək mümkündür. Cihazlar paneli rəqəmsaldır, lakin Enyaq modelindəki kimi kiçik ölçülərə malikdir – onun diaqonalı cəmi 5,3 düymdür. Displeyin günəşliyi düz olsa da, “böyük” krossoverdə əyri formalıdır. Başqa bir açıq-aşkar fərq – mərkəzi tuneldəki dirsəkaltıdakı qutunun tərtibatıdır. Mərkəzi tunel də ümumilikdə Enyaq modelindəkinə oxşardır.

Oturacaqlar və üzlüklər təkrar emal edilmiş plastik butulkalardan, balıq torlarından və geyimlərdən (Skoda üçün bir ilkdir) hazırlanır. Dörd dizayn variantından birini seçmək mümkün olacaq: Studio, Loft, Lodge və Suite. Onların hər birində müxtəlif ekoloji materiallardan istifadə edilir.

Skoda Elroq yenilənmiş Modern solid firma üslubunu alan ilk model olacaq. Onun əsas cəhətləri radiator barmaqlığının yerinə quraşdırılan Tech Deck Face qapağı, standart LED optika və elektron köməkçilərin geniş çeşidi olacaq. Krossover, Enyaq kimi, Volkswagen şirkətinin MEB modul platformasına əsaslanacaq.

Yenilik arxa və ya ön ötürmə ilə təklif olunacaq. Gücü 170 – 299 at qüvvəsi arasında olan dörd elektrik mühərriki təklif ediləcək. Üç batareya var – 55, 63 və 82 kilovat-saat. Onların ən böyüyü ilə Elroq batareyanı doldurmadan 560 kilometrə qədər məsafə qət edəcək.

Elektrik krossoverinin premyerası ilin sonuna qədər baş tutmalıdır. Gələn il isə Skoda hələlik konsept-kar statusunda debüt etmiş daha sadə Epiq modelini buraxacaq.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et