Xəbəri Kokpitdə Oxuyun!

Həmilton: Afrikanı gözardı etməyin

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula 1 Afrika qitəsini gözardı etməməlidir.

Kokpit.az bildirir ki, britaniyalı sürücü Formula 1-in Afrikada bir yarış keçirməsini istəyir.

Ümumilikdə isə Lyuis Həmilton düşünür ki, dünya Afrikanı görməzdən gəlir. Buna görə də orada böyük bir yarış keçirilsə, insanlar o qitənin gözəlliklərini və potensialını görərlər: “Afrikanı gözardı etmək olmaz. Dünyanın əksəriyyəti davamlı olaraq Afrikadan bir şeylər alır, amma heç kim ora heç nə vermir. Orada görüləsi çox iş var. Əksər insanlar Afrikanın nə qədər gözəl və böyük yer olduğunu bilmirlər.

Nəyə görə bu qitədə bir yarış keçirmirsiniz? Hazərda ən böyük bəhanə trasın olmamasıdır, amma ən azından Kyalami var. Afrikada yarış keçirilsə, sadəcə o bölgəni tanıtmarsınız, eyni zamanda orada ciddi dəyişikliklərə səbəb ola bilərsiniz”.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında 1967-1985-ci və 1992-1993-cü illərdə yarışlar keçirilib.

Rauf Hacıyev

Şərh əlavə et