O.Piastrinin qabırğası niyə qırılıb?

O.Piastrinin qabırğası niyə qırılıb?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, özünə uyğun olmayan oturacaqla yarışdığı üçün qabırğaları qırılıb.

Kokpit.az bildirir ki, avstraliyalı sürücü yay tətilindən əvvəlki ən az üç yarışda qırıq qabırğa ilə yarışıb. Gənc sürücü bildirib ki, o hətta Macarıstanda qırıq qabırğa ilə yarışıb və o formada karyerasının ilk yarışını qazanıb.

Oskar Piastri qırılma səbəbi olaraq oturacaqdakı sıxılma nöqtəsini görür: “Oturacağı təbii ki, ilin əvvəlində düzəldirsiniz və bəzən bir az səhv edirsiniz. Bəzi traslarda bu üzə çıxmır, amma məncə, Barselona, Avstriya, Silverstoun kimi çox çətin üç trasdan sonra bu hal üzə çıxmağa başladı.

Buna görə də kiçik təzyiqdən sonra qabırğamın dözümlülüyü itdi. Amma indi hər şey qaydasındadır və oturacağı dəyişdirdik. Demək olar ki, hər şeyi düzəltdik. Yəni ki, hər şey artıq qaydasına düşüb”.
Oskar Piastri qabırğasının qırıldığını Britaniya yarışından sonra öyrənib, ancaq düşünür ki, qırılma bir neçə yarış əvvəl baş verib: “Yoxlanış Silverstoundan bir gün sonra oldu, amma əminəm ki, qabırğam Silverstoun yarışından əvvəl qırılmışdı”.
Jurnalistlə Oskar Piastridən zədə ilə neçə yarışda mübarizə apardığı barədə soruşub. Avstraliyalı bu suala belə cavab verib: “Məncə, üç yarış. Lakin qətiliklə deyirəm ki, qırılma isə Avstriya yarışı ərəfələrində olub.
Məncə, Barselonada bir az narahat idi, amma Avstriyada ağrım çox artmışdı. Buna görə də bir neçə gün ərzində vəziyyətim çox pis oldu.
Ancaq bəzi şeyləri dəyişdirdik və bu dəyişikliklərdən sonra ağrı sürüş vaxtı belə yüngülləşdi. Buna görə də hər şey qaydasındadır”.
Oskar Piastri sonda əlavə edib ki, problemi dayandırmaq üçün fiziki cəhətdən əlindən heç nə gəlməyib, amma oturacaq dəyişdirildikdən sonra vəziyyəti yaxşılaşıb: “Məncə, oturacaqda nəyi dəyişdirəcəyimizi müəyyən etdik və bu dəyişiklikdən sonra qabırğamın qırılmasına baxmayaraq,  ağrım çox azaldı.
Budapeşt və Spa traslarında yarışanda vəziyyətim pisə doğru getmirdi. Əslində vəziyyətim daha da yaxşılaşırdı”.

Bunları da oxuyun

Şərh əlavə et