Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton çempionluq gözləmir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onun çempionluq gözləntisi yoxdur. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü 2022 və 2023-cü illərdə qələbə qazana bilmədikdən sonra 2024-cü ildə Britaniya və Belçika yarışlarını qazanıb və fanatlarının üzünü güldürüb.

Formula 1 üzrə yeddiqat Dünya Çempionu mövsümün ikinci yarısında çoxlu sürücünün qələbə uğrunda mübarizə aparacağını və həyəcanın artacağını gözləyir. Mövsümün ilk yarısında 14 yarışda 7 fərqli sürücü qalib gəlib.

Lyuis Həmilton: “Bir-birinə yaxın maşınlar və sürücüləri görmək idman üçün çox gözəldir. Komandamızın sürücü heyəti doğrudan da güclü və heyrətamizdir. Mövsümün əvvəlində McLaren və ya Red Bull ilə mübarizə aparmağı gözləmirdik, amma indi onlarla oxşar vəziyyətdəyik.

Buna görə də mövsümün ikinci yarısının çox həyəcanlı keçməsini gözləyirəm. Hazırkı performansımızı davam etdirə bilsək, mövsümün geri qalanı üçün ümidli ola bilərik. Amma hazırda çempionluq mübarizəsi gözləntim yoxdur, çünki bu çox yüksək gözlənti olar”.

Qeyd edək ki, mövsümün ilk yarısında Red Bull, McLaren, Ferrari və Mercedes komandalarının sürücüləri yarışlar qazanıblar. Ümumilikdə isə Sürücülər Çempionatındakı ilk 8 sürücüdən 7-i – Serxio Peres istisna olmaqla – qalib gəliblər.

 

Rauf Hacıyev

Şərh əlavə et