Kokpit.az xatırladır ki, Formula 1-in ən titullu ikinci komandası yay tətilində Karlos Saynsı transfer etdiyini açıqlayıb. Lakin bu transferdən əvvəl Britaniya komandasının siyahısında namizədlər çox idi. Bunlardan biri də hazırda Formula 2-də yarışan Franko Kolapinto idi. Lakin Williams təcrübəli Karlos Saynsı seçib və gənc Frankonun Formula 1-də yarışmaq arzusu ən azı bir il ürəyində qalıb.
Franko Kolapinto: “Ümid həmişə var və son ölən ümidlərdir, amma inanıram ki, başqa imkanlar da yaranacaq.
Williams əla komandadır. Onları anlayıram. Əgər Karlos Saynsla müqavilə bağlamaq şansınız varsa, bu ən yaxşı variant olacaq, çünki Əlbon və Sayns ideal pilot cütlüyüdür.
Lakin sözün düzünü desəm, Williams üçün debütant pilotla müqavilə imzalamaq Ferrari-dən gələn Karlos Saynsdan daha ucuz başa gələrdi, Amma riski də çox olardı. Mənim hələ çox şansım olacaq”.
Şərh əlavə et