Xəbəri Kokpitdə Oxuyun!

L.Norris peşmandır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Kanada, Britaniya və Macarıstan yarışlarında qələbələri əldən veribdir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü matın əvvəlində Mayami yarışında karyerasının ilk qələbəsini qazanmışdı. Lakin gənc sürücü daha sonra qələbə qazana bilməyib.

Mövsümün bitməsinə 10 yarış qalmış McLaren komandası Mühəndislər Kubokunda Red Bull-dan 42 xal geridə qalır. “Narıncılar”ın hələ də çempionluq şansları var. Lakin Lando Norris Sürücülər Çempionatında Maks Ferstappendən 78 xal geridə qalır. Buna görə də çempionluq şansı çox azdır.

26 yaşlı sürücü mövsümün ilk yarısında etdiyi səhvlərə görə çox xal itirdiyini qəbul edir və buna görə də məyusdur. O, Kanada, Britaniya və Macarıstan yarışlarında lider getsə də, sonda qələbəni əldən vermişdi. Buna görə də keçmişə qayıdıb, bu yarışların nəticəsini dəyişmək istəyir.

Lando Norris: “Qətiliklə deyə bilərəm ki, geriyə qayıdıb yaxşı performans göstərmək istədiyim yarışlar oldu. Məsələn, Macarıstan, Kanada və Silverstoun. Kanadada qalib gəlmək şansım var idi, amma Mercedes o həftə çox sürətli idi. Silverstounda qələbə uğrunda yarışmaq şansını qaçırdım, çünki Lyuis Həmiltondan çox yavaş idim. O vaxt da dediyim kimi son pit-stoplardan sonra Lyuisin önündə qalsam belə yarışı qazana bilməzdim. Çünki o çox sürətli idi və Soft təkərləri bizimkinə nisbətən az yeyilirdi”.

Lando Norris İspaniya yarışının startında liderliyi Maks Ferstappenə, Macarıstan yarışının startında isə liderliyi Oskar Piastriyə vermişdi. Buna görə də yarışda qələbələri əldən vermişdi. Gənc sürücü düşünür ki, o özünü inkişaf etdirməlidir: “Barselona və Macarıstandakı startlarımla potensial iki qələbəni əldən verdim. Məncə, bu iki yarış Silverstoun və Macarıstan yarışlarına nisbətə daha böyük itkidir.

Əslində qalib gəlmək üçün yetrəincə tempim var idi. Yarışda Maksdan daha sürətli idik və mən qələbə qazanacaq yeri itirdim. Lakin ümumi götürsək, bu il keçən ilkinə nisbətən daha yaxşı sürücü olduğumu hiss edirəm və bu mənim üçün çox vacibdir”.

Rauf Hacıyev

Şərh əlavə et