Ümumiyyətlə, Çində satılan uzunbazalı X3 krossoverini qlobal versiya ilə səhv salmaq çox asandır. O, tanış nisbətləri olan “monolit” görünüşünü qoyurub saxlayıb. Kontur işıqlandırması, habelə şaquli və diaqonal lamellərin qəribə kombinasiyası olan böyük burun dəlikləri, həmçinin “batırılmış” qapı tutacaqları və nazik arxa fənərlər də yerindədir. Kuzovu təklif olunan altı rəngdən birinə boyamaq olar.
Əsas fərqlər – bir qədər dəyişdirilmiş bamperlər və böyüdülmüş arxa qapılardır, çünki krossoverin təkər bazası 110 millimetr uzadılıb və bu əlavə ənənəvi olaraq arxa sərnişinlərin ayaq zonasındakı boşluğa təsir göstərir. İndi oxlar arasındakı məsafə 2975 millimetrdir ki, bu da qlobal BMW X5 modelindəki ilə tamamilə eynidir. “Çinli” X3 krossoverinin ümumi uzunluğu da eyni 110 millimetr (4865 millimetr) artıb, bununla belə, avtomobilin eni (1920 millimetr) və hündürlüyü (1660 millimetr) dəyişməz qalıb.
Müasir korporativ dizayn üslubunda tərtibata malik olan interyer də qlobal X3 ilə unifikasiya edilib. Ön paneldə cihazlar panelinin və iDrive media sisteminin diapleylərini birləşdirən əyri ekran var, ön panelin mərkəzində isə, BMW InteractionBar LED zolağına quraşdırılmış sensorlu düymələr yerləşir. “Çinli” BMW X3 standart olaraq Veganza dərisi ilə üzlənmiş oturacaqlar ilə təklif edilir.
Uzunbazalı BMW X3 yalnız 2,0-litrlik benzin turbomühərriki ilə təklif olunacaq. 25L ilkin modifikasiyasında turbomühərrik 190 at qüvvəsi və 310 Nm, 30L versiyada isə, 261 at qüvvəsi və 400 Nm hasil edir. Hər iki variant səkkiz pilləli avtomatik transmissiya və xDrive tam ötürmə sistemi ilə təchiz olunur.
Şərh əlavə et