Avropada ilin avtomobili seçilir

Rauf Hacıyev 06 Avqust 2024, 18:43
Avropada ilin avtomobili seçilir
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avropalılar ilin avtomobilini 40 modelin arasından seçməlidirlər. Artıq Avropada “İlin avtomobili” müsabiqəsinin yeni mövsümünə start verilib və baş mükafata iddia edən avtomobillərin uzun siyahısı açıqlanıb. Keçən il 22 ölkədən qatılan 59 avtojurnalistdən ibarət münsiflər heyəti 28 model arasından seçim etmişdisə, bu il siyahıya cari təqvim ili ərzində Avropa bazarına çıxan 41 model daxildir.

Avropa brendlərindən olan modellərin uzun siyahısı belədir: Alfa Romeo Junior, Audi Q6 e-tron, BMW X2/iX, Citroen C3/e-C3 və C3 Aircross, Cupra Tavascan və Terramar, Dacia Duster, Fiat Grande Panda, Maserati GranTurismo və Grecale, MINI Cooper SE və Countryman, Opel Grandland və Frontera, habelə Porsche Macan. Bundan əlavə, siyahıya eyni anda üç Renault modeli – Renault 5, Symbioz və Rafale, habelə Skoda Superb və Kodiaq, Volkswagen Passat və Tiguan, Volvo EX90 daxil edilib.

Siyahıya həmçinin çinlilərin köməkliyi ilə yaradılmış avtomobillər – Polestar 3 və 4, Smart 3 (bu modellərin yaradılmasında Geely şirkətinin iştirak edib), eləcə də MG 3 və Cyberster daxildir. Siyahıda yalnız iki əsl “çinli” var  BYD Seal U və Xpeng G6. Halbuki keçən il bu siyahıda beş model var idi.

Digər ölkələrin avtomobillərinə gəlincə isə, Avropada “İlin ən yaxşı avtomobili” titulu uğrunda Amerikanın Ford Explorer və Tourneo Courier, Koreyanın Hyundai Inster və Santa Fe, Kia EV3 və KGM Torres, eləcə də Yaponiyanın Lexus LBX, Toyota Land Cruiser, Mazda CX-80 və Suzuki Swift modelləri mübarizə aparacaqlar.

Qısa siyahı noyabr ayında açıqlanacaq, qalib isə, 2025-ci ilin yanvarında keçiriləcək Brüssel avtosalonunda elan ediləcəkdir. Xatırladaq ki, ötən il avropalılar ilin ən yaxşı avtomobili kimi Renault Scenic modelini seçiblər.

Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et