Elektromobillərin yarışı baş tutub

Rauf Hacıyev 06 Avqust 2024, 08:22
Elektromobillərin yarışı baş tutub
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ölkəmizdə elektromobillərə marağın artması danılmaz faktdır, buna əmin olmaq üçün satış göstəricilərinə nəzər salmaq yetərlidir.

Buna baxmayaraq, əhalinin böyük bir hissəsində hələ də elektrik avtomobillərə etibar formalaşmayıb: çoxları enerji ehtiyyatının yolun ortasında tükənəcəyindən çəkinir. Etiraf edək ki, yollarda elektrik «şarj» məntəqələri hələ də azdır və belə fikirlər əsassız deyil, lakin mövcud şəraitdə də marşrutu əvvəlcədən hesablayıb, bölgələrə rahat səyahət etmək mümkündür. Azərbaycan Prezidentinin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında sərəncamına əsasən
Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşlərini, «Avto Eko» elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, ötən həftə Azərbaycanda ilk elektromobillər yarışı da keçirildi. Yarışın şərtləri və nəticələri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi:

Yarışın ideyası məşhur səyahətçi Rafael de Mestre ilə görüşümdən sonra yarandı. Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Biz qat-qat kiçik marşrutda bunu həyata keçirməyi qərara aldıq. Yarışın şərtləri çox sadədir: batareyaları bir dəfə doldurmaqla Nabrana çatıb, geri qayıtmaq. Əslində qayıtmağa da ehtiyac yoxdur, yetər ki, elektromobildə əlli faiz enerji ehtiyyatı qalsın. Yarışda 12 elektromobil iştirak edirdi və şərtlərin əməlinə nəzarət etmək üçün hər birində bizim bir ekspert yerləşirdi. Ekspertlər qismində ən populyar avtoboqerləri dəvət etmişdik. Onlar öz platformalarında yarışın nəticələri barədə ətraflı məlumat artıq veriblər. Mən sadəcə qeyd edim ki, bütün ekipajlar 50 faiz enerji ehtiyyatı ilə finala keçə bildi və müvafiq diplomlarla təltif olundu. AADA bu sayaq yarışları davam etdirməyi planlaşdırır, növbəti marşrut qədim Şəkiyə olacaq.

Bunları da oxuyun

Şərh əlavə et