Kokpit.az xatırladır ki, İtaliya komandası çempionatın əvvəlindən birbaşa Formula 1-də yarışıb və idman tarixinin ən uğurlu komandası kimi statusunu qoruyub saxlamaqda davam edir.
Ferrari bütün Formula 1 tarixi ərzində 245 qələbə qazanıb və 818 dəfə podiuma yüksəlib. Qırmızılar ümumilikdə 16 dəfə Mühəndislər və 15 dəfə Süürücülər Çempionatının qalibi olub və bu statistika ilə Formula 1-in zirvəsindədir.
- Mühəndislər Kuboku: 1961, 1964, 1975, 1976, 1977, 1979, 1982, 1983, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2007, 2007
- Pilotlar çempionatı: 1952, 1953, 1956, 1958, 1961, 1964, 1975, 1977, 1979, 2000, 2001, 2002, 2003, 2004, 2007
Ferrari-nin ilk Mühəndislər Çempionluğu 1961-ci ildə Fil Hill, Riçi Ginter və Wolfgang von Trips ilə gəlib. İkinci titul isə 1964-cü ildə Con Sartiz ilə qazanılıb.
Ferrari 1970-ci illərdə Niki Lauda, Kley Reqatzoni və Karlos Rötemann kimi sürücülərlə dörd dəfə, 1979-cu ildə isə Codi Şökter və Jil Vilnöv ilə bir dəfə çempionluğu qazanıb.
“Qırmızılar” 1982 və 1983-cü illərdə daha iki dəfə Mühəndislər Kubokunda əlçatmz olublar. Lakin 1999-cu ildə başlayan onillik üstünlüklə italyanlar titul sayında rəqibləri ilə fərqi artırıblar: 1999 və 2000-ci illərin əvvəllərində əfsanəvi dövr keçirən Ferrari Jan Todt, Ross Braun və Mixael Şumaxerlə ardıcıl 5 dəfə Sürücülər, ardıcıl 6 dəfə Mühəndislər Çempionatının qalibi olub.
Ferrari 2007-ci ildə son Sürücülər Çempionluğunu, 2008-ci ildə isə son Mühəndislər Kubokunu qazanıb.
2008-ci ildən sonra italyanlar nisbətən böhran dövrünə düşüblər. Buna baxmayaraq, 2010, 2012, 2017, 2018-ci illərdə çempionluq uğrunda mübarizə aparıblar. Lakin əksər illərdə qələbə ya da podium qazanıblar.
“Qırmızılar” Belçika yarışında Şarl Leklerlə podium qazanıblar. Karlos Sayns isə finişi 6-cı yerdə keçib. Bununla da Ferrari Spa yarışında 23 xalla qayıdıblar və bununla da Formula 1 tarixindəki 10017-ci xallarını əldə ediblər. Beləliklə, Ferrari komandası Formula 1 tarixində 10 min xal qazanan ilk komanda olub.
Şərh əlavə et