Kokpit.az xatırladır ki, ilk və son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Lando Norris hamıdan sürətli olub. Maks sıralanma turunda əlçatmaz olub, lakin startda 10 yer itirmək cəzasına görə poul Şarl Leklerə qismət olub. Startda yer itirmək cəzası alan digər sürücü də Ferstappeni əngəllədiyi üçün Quanyu Çjou olub. Lakin çinli sürücü onsuz da sonuncu yeri tutduğu üçün heç bir dəyişiklik olmayıb.
Start düzümündə ilk cərgəni Lekler və Peres, ikinci cərgəni Həmilton və Norris, üçüncü cərgəni isə Piastri və Rassell tutub. Pirelli ənənəvi olaraq, buraya orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. Rikkardo yumşaq, Sayns və Çjou sərt, qalan bütün sürücülər isə orta təkərləri seçiblər.
Startda Lekler yerini qoruyub, Həmilton Peresi geridə qoyaraq ikinci yerə qalxıb. Norris 3, Okon isə 2 mövqe itirib. 2-ci dövrədə ilk onluq: Lekler – Həmilton – Peres – Piastri – Rassell – Sayns – Norris – Ferstappen – Alonso – Elbon.
Sayns Norrisi keçərək altıncı olub. Həmilton Lekleri üçüncü dövrədə haqlayıb və liderliyə yüksəlib. Elbonun Alonsoya hücumu uğurlu alınıb. Quanyunun motoru güc itirib və o, yavaşlayıb. Lakin sonra onu yenidən işə salaraq yoluna davam edib. Lakin 7-ci dövrədə əyləc nasazlığına görə pitə gəlib və mübarizəni dayandırıb.
Hülkenberq 8-ci dövrədə pit-stopları başladan sürücü olub, onun dalınca Elbon, Rikkardo və Sarcent də təkərlərini dəyişiblər. Qasli, Ferstappen və Rassell də eyni addımı atıblar. Həmilton, Peres, Piastri və Bottas 12-ci dövrədə yeni təkərlərə keçiblər. Piastri Rasselli, Ferstappen isə Tsunoda və Maqnusseni geridə qoyub.
Lekler, Okon və Stroll da bir dövrə sonta pit-stopa dəvət ediliblər. Piastri Peresi də üstələyib. Alonso təkər dəyişib, Okon Bottası qabaqlayıb. Yarışa liderlik edən Sayns çınqıllığa çıxıb, lakin yoluna davam edib. Norris və Tsunoda 16-cı dövrədə təkərlərini dəyişiblər.
Ferstappen uzun müddət Rasselli keçməyə çalışıb, lakin Corc da Peresin arxasınca gedərək DRS-dan istifadə etməklə müdafiə oluna bilib. 21-ci dövrdə Sayns və Hülkenberq pit-stop ediblər. Rassell Presi qabaqlayıb, meksikalı sürücü dərhal pit-stopa çağrılıb. 23-cü dövrədə ilk onluq: Həmilton – Lekler – Piastri – Rassell – Ferstappen – Norris – Sayns – Peres – Elbon – Okon.
Lekler 26, Həmilton 27, Sayns, Ferstappen və Qasli, 30-cu dövrədə isə Norris növbəti dəfə təkər dəyişikliyi ediblər. Piastro bir dövrə sonra çağrılıb və maşını ehtiyatsız saxladığı üçün müəyyən gecikmə baş verib. Norris Peresi ötərək Ferstappenə çatıb və hücum cəhdləri edib, lakin Maks məharətlə müdafiə olunub.
Piastri 36-cı dövrədə Lekleri ötərək üçüncü yerə qalxıb. Rassell ilk onluqda tək-pit stop taksitasını seçən yeganə sürücü kimi liderliyini davam etdirib. Həmilton onunla fərqi azaltmağa başlayıb. Rikkardo Strollu, Sayns isə Peresi geridə qoyub. Həmilton nəhayət DRS zonasına düşüb. 40-cı dövrədə ilk onluq: Rassell – Həmilton – Piastri – Lekler – Ferstappen – Norris – Sayns – Peres – Alonso – Rikkardo.
Peres ən sürətli dövrə üçün arxasında olan sürücü ilə böyük fərqdən istifadə edərək təkər dəyişib. Haəmilton Rasselli keçmək üçün fürsətlər axtarıb. Lakin buna nail ola bilməyib.
Corc Rassell mövsümdə ikinci, karyerasında isə üçüncü qələbəsini əldə edib. Onun komanda yoldaşı Lyuis Həmilton ikinci olaraq Mercedes-ə dubl qazandırıb, Oskar Piastri isə podiumun son pilləsində qərarlaşıb.
Corc Rassell texniki reqpamenti pozduğuna görə (maşını icazə verilən minimum kütlədən 1.5 kq yüngül olub) yarışdan xaric edilib və yarışın qalibi Lyuis Həmilton olub. Oskar Piastri ikinci, Şarl Lekler isə üçüncü hesab edilib.
Bizi 1 aylıq yay fasiləsi gözləyir və mübarizə avqustun sonunda Zandfortda qaldığı yerdən davam edəcək.
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
Dis. | Corc Rassell | Mercedes | 1:19:57.040 | 1 |
1 | Lyuis Həmilton | Mercedes | +0.526 | 2 |
2 | Oskar Piastri | McLaren | +1.173 | 2 |
3 | Şarl Lekler | Ferrari | +8.549 | 2 |
4 | Maks Ferstappen | Red Bull | +9.226 | 2 |
5 | Lando Norris | McLaren | +9.850 | 2 |
6 | Karlos Sayns | Ferrari | +19.795 | 2 |
7 | Serxio Peres | Red Bull | +43.195 | 3 |
8 | Fernando Alonso | Aston Martin | +49.963 | 1 |
9 | Esteban Okon | Alpine | +52.552 | 2 |
10 | Daniel Rikkardo | RB | +54.926 | 2 |
11 | Ləns Stroll | Aston Martin | +63.011 | 1 |
12 | Aleksander Elbon | Williams | +63.651 | 2 |
13 | Pyer Qasli | Alpine | +64.365 | 2 |
14 | Kevin Maqnussen | Haas | +66.631 | 1 |
15 | Valtteri Bottas | Sauber | +70.638 | 2 |
16 | Yuki Tsunoda | RB | +76.737 | 1 |
17 | Loqan Sarcent | Williams | +86.057 | 2 |
18 | Niko Hülkenberq | Haas | +88.833 | 2 |
Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:44.701 (44-cü dövrə, 240.822 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Quanyu Çjou | Sauber | 7 | əyləc |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 277 |
2 | Lando Norris | McLaren F1 Team | 199 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 177 |
4 | Oskar Piastri | McLaren F1 Team | 167 |
5 | Karlos Sayns | Scuderia Ferrari | 162 |
6 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 150 |
7 | Serxio Peres | Oracle Red Bull Racing | 131 |
8 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 116 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 49 |
10 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 24 |
11 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 22 |
12 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 22 |
13 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 12 |
14 | Oliver Birman | Scuderia Ferrari | 6 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 6 |
16 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 5 |
17 | Esteban Okon | BWT Alpine F1 Team | 5 |
18 | Aleksander Elbon | Williams Racing | 4 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 408 |
2 | McLaren F1 Team | Mercedes | 366 |
3 | Scuderia Ferrari | Ferrari | 345 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 266 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 73 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 34 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 27 |
8 | BWT Alpine F1 Team | Renault | 11 |
9 | Williams Racing | Mercedes | 4 |
Şərh əlavə et