Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Belçika yarışına dördüncü yerdən başlasa da, sonda üçüncü olaraq podiuma yüksəlib.
Oskar Piastri: “Yarışın bir nöqtəsində Mercedes-i keçə biləcəyimizi düşündüm. Təmiz hava bu gün böyük fərq yaratdı. Yarışın ortasında önüm boşalanda və təmiz havaya çıxanda tempim artdı. Son pit-stop üçün gözəl təkər üstünlüyü qazanmışdım. Lakin bu lazım deyildi. Corcun etdiyi kimi pitə gəlməməli idik. Buna görə məyusam.
Bundan başqa bu il ikinci ya da üçüncü dəfə ön qaldırıcının üzərinə çox çıxdım. Növbəti dəfə bunu etməməyə çalışacağam. Yenə də razıyam. Daha yaxşısını edə bilərdim.
Məncə, yetəri qədər sürətli deyildim. Bundan başqa Şarlı keçərkən bir neçə dövrə itirdim və bu zaman təkərlərim çox qızdılar. Corcun tempinə baxsaq, tək pit-stoplu strateiya seçməli idik. Lyuis belə onu keçmək üçün yetəri qədər sürətli deyildi. Məncə, çox .eyi doğru etdik. Özümüzə əlimizdən gələn bütün fürsətləri verdik, amma yekunda bəs eləmədi.
Sonrakı yarışlar üçün pozitivəm. Özüm və bütün komanda üçün yaxşı həftəsonu oldu. Çox xal topladıq və Red Bull-la fərqi azaltdıq. Fasilədən əvvəl bu yaxşı haldır. Məncə, hamı bir az fasiləni səbirsizliklə gözləyir. Bir az enerji toplamaq üçün mən də səbirsizlənirəm. Əyləncəli həftəsonu idi. İndi siə bir az dincəlib, mövsümün ikinci yarışına güclü formada qayıtmaq istəyirəm”.
Şərh əlavə et