Xəbəri Kokpitdə Oxuyun!

T.Volff komandasını mübarizədə görür

Mercedes komandasının  rəhbəri Toto Volff bildirib ki, yarışda əsas mübarizə Mclaren, Mercedes və Maks Ferstappenin arasında olacaq. 

Kokpit.az xatırladır ki, Mercedes cümə günü çətinliklər çəksə də, köhnə altlığa keçdikdən sonra templəri bir az artıb. Lyuis Həmilton Spadakı yarışa üçüncü, Corc Rassell isə altıncı yerdən başlayacaqlar.

Toto Volff: “Sıralanma turunda razıyam. Tempimiz çox yaxşı idi. Belə hava şəraitində düz iş görməkdən çox səhv etmək daha asan olur. Trasa tez çıxdıq və ehtiyatlı davrandıq. Leklerin etdiyi kimi etsəydik, böyük ehtimalla poulu biz qazanacaqdır. Biz son sessiyada daha güclü yağış gözləyirdik. Son yeni təkərimizi elə ilk cəhdimizdə istifadə etdik. Amma Lekler düşündü ki, sıralanma turunun sonunda tras bir az da quruyacaq. Sonda onun fikri daha düzgün oldu.

Belə görürəm ki, yarış quru hava şəraitində keçəcək. Buna görə də əsas yarış McLaren komandasının sürücüləri ilə olacaq. Bundan başqa Maks Ferstappen də arxadan mübarizəyə girişəcək.

Cümə günü bəzi şeyləri səhv etdiyimizi bilirəm. Baş mühəndisimiz Əndryu gecə bəzi şeylər tapdı. Boliddə bunları dəyişdirdik və vəziyyətimizi yaxşılaşdırdıq. Sıralanma turunda sürücülər vəziyyətin daha yaxşı olduğunu dedilər. Cümə günü çətin olsa da, bu gün yaxşı keçdi. Ümid edirəm ki, bu hal davam edər.

Lakin dediyim kimi McLaren cümə günü quru havada çox sürətli idi. Məncə, yarışda da eynisi olacaq. Kim neçənci olar bilmirəm, amma məncə, McLaren, Mercedes və Ferstappeni öndə görəcəyik.

Ferrari cümə günü quru havada o qədər də güclü deyildi. Amma Lekleri ciddiyə almaq lazımdır. Sıralanma turunda təzə dəst təkərləri var idi və sonlarda yağışın güclənməyəcəyini düşünüb qumar oynadılar. Bu da tutdu.

Corc Rassell isə kiçik səhvlər etdi. Sektor zamanın 0.2 saniyə üstün olsa da, birdən 0.2 saniyə geriyə düşdü. Nələrin baş verdiyini təhlil edəcəyik, lakin Lyuis sıralanma turunda daha sürətli idi”.

Rauf Hacıyev

Şərh əlavə et