Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yağışlı keçən Belçika sıralanma turunda yaxşı performans göstərib və 4 böyük komandanın sürücülərindən sonra doqquzuncu olub. Lakin Maks Ferstappenin cəzası ilə yarışa 8-ci yerdən başlayacaq.
Fernando Alonso: “İlk dörd komandadan sonra doqquzuncu olmaq sıralanma turunda ala biləcəyimiz ən yaxşı nəticə idi. Buna görə də nəticədən çox razıyam. Bolid sıralanma turunda yaxşı işlədi. Bu həftəsonu üç sərbəst yürüşlərdə də əziyyət çəkmişdim. Bolidə heç güvənə bilmirdim. Temp tutmaq üçün üç ya da dörd dövrəyə ehtiyacım var idi. Nəhayət ki, sıralanma turunda ilk dövrədən etibarən tam sürətlə getdim və bu əlavə güvənə sahib olmaq belə hava şəraitində çox önəmli idi.
Bugünkü yarışa müəmmalarla gedirik. Məncə hamı cümə günü yarış tempində işləyə bildi, amma bu tras çox uzun olduğu üçün 6 və ya 7 dövrədən çox ata bilmirsiniz, çünki vaxt məhdudiyyəti var. Bundan başqa sabah təkərin yeyilmə səviyyəsini tam olaraq bilmirik. Əsas odur ki, yağışda keçən sıralanma turundan sonra yetəri qədər quru hava təkərlərimiz var. Buna görə də sona qədər limitlərdə sürə bilərik.
Təəssüf ki, yarışdakı mübarizəmiz öndəki rəqiblərimizlə olmayacaq. Görək arxamızda başlayan rəqiblərlə necə mübarizə aparırıq. Təkər yeyilməsinə görə çox çətin bir yarış olacaq. Gözəl mübarizələrin olancağını gözləyirəm. Bu həftəsonu Alpine komandasının sürücüləri çox sürətli görünürlər.
Elbonun da çox sürətli olduğunu düşünürəm. Məncə, əsas mübarizəmiz onlarla olacaq. Onlar düzlüklərdə bizdən bir az sürətlidirlər. Bizdə isə daha çox asfaltayatmaq qüvvəsi var. Bəlkə də bunun hesabına təkərləri qoruya bilərik. Cümə günü sazlanmalarda bəzi sınaqlar etdik. Buna görə də yeniliklərdən daha yaxşı performans əldə edə bildik”.
Şərh əlavə et