Kokpit.az xatırladır ki, qaydalara əsasən komandalar cümə günü axşam saat 22:00-dan şənbə günü səhər 09:30-a qədər maşının üzərində işləyə bilməzlər. Komandalara il ərzində iki dəfə bu qaydaları pozmağa icazə verilir. İki dəfədən çox olduqda isə komandalara cəzalar verilir.
Red Bull komandası da cümə gecəsi maşın üzərində işləyib və builki iki icazəsindən birincisini istifadə edib. Avstriya komandası iki dəfə də gecə bolid üzərində işləsə, cəza alacaq.
Qeyd edək ki, Red Bull komandası son 3 yarışda qələbə üzünə həsrət qalıb. “Qırmızı öküzlər”in son 3 yarışdakı ən yaxşı nəticəsi Britaniya yarışındakı ikinci yer olub.
Şərh əlavə et