Ş.Lekler: Bolid barədə danışmaq istəmirəm

Ş.Lekler: Bolid barədə danışmaq istəmirəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, bolidin performansı barədə danışmaqda çətinlik çəkir.

Kokpit.az xatırladır ki, 2019-cu ildə ilk qələbəsini Spada qazanmış monakolu sürücü cümə sərbəst yürüşlərində çətin gün keçirib. O, komanda yoldaşı Karlos Saynsı 0.261 saniyə qabaqlayaraq 4-cü yeri tutub.

Şarl Lekler ikinci sərbəst yürüşlərdən sonra boliddən narazılığını bildirib: “Doğrudan da çox çətin bir gün idi. Fərqli hava şəraitində və fərqli təkərlərdə böyük performans fərqləri var idi. Buna görə də hamı fərqli plan üzrə işləyirdi. İndiki nəsl maşınları cümə günləri anlamaq həmişə çətin olub, amma bu cümə işlər lap betər vəziyyətdə idi.
Özümüzə köklənməliyik. Şənbə günü böyük ehtimalla yağış yağacaq, amma bazar günü tras quru olacaq. Buna görə də ən yaxşı balansı tapmağa çalışmalıyıq. Ümid edirəm ki, həm şənbə günü, həm də bazar günü ən yaxşı balansı taparıq.
Heyif ki, McLaren-ə nisbətən hər sektorda bir az çətinlik çəkirik. Sabah üçün sehirli həll yolumuz yoxdur. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Belçika tətildən əvvəlki son yarışdır. Buna görə də mövsümün ilk yarısını ən yaxşı formada bitirməyi ümid edirəm”.

 

 

Bunları da oxuyun

Şərh əlavə et